Bank Of Baku

AFFA İcraiyyə Komitəsinə yeni namizədin adı açıqlanıb

AFFA İcraiyyə Komitəsinə yeni namizədin adı açıqlanıb
# 18 fevral 2015 14:36 (UTC +04:00)

Bakı – APA. AFFA İcraiyyə Komitəsinə (İK) yeni namizədin adı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, qurumun Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov İK-nın yeni üzvü ola bilər.

 

Belə ki, assosiasiyanın Nizamnaməsinə əsasən, komitədə təmsilçilik AFFA-nın üzvü olan təşkilatların müvafiq bölgüsünə uyğun şəkildə aparılır. Peşəkar Futbol Liqası (PFL) burada 4 üzvlə təmsil olunmaq hüququna malikdi. Komitə üzvü Ələkbər Məmmədovun vəfatı ilə əlaqədar bu rəqəm 3-ə enib.

 

Bununla bağlı, PFL hazırda Məşqçilər Komitəsinin sədri vəzifəsində çalışan Sadıqovun İK-nin üzvlüyünə namizədliyi irəli sürüb. Seçki AFFA-nın 2015-ci il martın 6-da təşkil olunacaq növbəti Konfransında keçiriləcək.

 

Qeyd edək ki, Sadıqovun namizədliyi “Sumqayıt” klubundan verilib

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR