Bakı – APA. Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda Topaz Premyer Liqasının XXI turunun oyunlarında yaşananlar müzakirə olunub.
Komitə yalnız bir görüşlə bağlı qərarlar verib.
Belə ki, “Simurq” – “Qəbələ” görüşündə hər iki klub cəzalanıb. Meydan sahibləri 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün 1000 manat cərimə olunub. Qəbələnin eyniadlı təmsilçisi isə oyunun 45+2-ci dəqiqəsində sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırılan Dmitri Bezotosniya görə 200 manat ziyana düşüb. Ukraynalı qapıçı isə 1 oyunluq cəzaya layiq görülüb.