Bank Of Baku

AFFA Kamran Ağayevi cəzalandırıb

AFFA Kamran Ağayevi cəzalandırıb
# 24 dekabr 2014 13:05 (UTC +04:00)

Bakı – APA. Topaz Premyer Liqasının XVIII turunun “Qəbələ” – “İnter” matçında baş verənlər yenidən müzakirə olunub. Apasport.az saytının məlumatına görə, əsas müzakirə mövzusu meydan sahiblərinin və millimizin qapıçısı Kamran Ağayevin hərəkəti olub.

 

Oyunun 79-cu dəqiqəsində rəqibə bilərəkdən zərbə endirən qolkiperin hərəkəti hakimin gözündən yayınsa da, AFFA bu məsələyə baxmağı lazım bilib. Matçın videoyazısını izlədikdən sonra İntizam Komitəsi Ağayevi 3 oyun cəzalandırıb. “Qəbələ” isə qapıçısına görə 3000 manat cərimə olunub.

 

Hakimlər Komitəsinə ədalət təmsilçiləri ilə bağlı lazımi tədbirlər görüb İntizam Komitəsinə məlumatlandırmaq tapşırığı verilib.

 

Bundan başqa, meydan sahibləri 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün 1000, qonaqlar isə Elvin Məmmədovun qırmızı vərəqəsi üçün 200 manat cərimə edilib. Yarımmüdafiəçinin özü 1 oyunluq cəza da alıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR