Bakı – APA. AFFA 19 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının baş məşqçisi vəzifəsinə müxtəlif namizədlərlə danışıqlar aparır. Apasport.az saytının məlumatına görə, bu vəzifəyə namizədlərdən biri, ispaniyalı mütəxəssis Patrisia Qonzales hazırda Bakıdadır.
UEFA-nın B, A və PRO məşqçi lisenziyasına malik Patrisia Qonzales Madriddəki Camilo Jose Cela Universitini Fiziki Hazırlıq və İdman Elmi ixtisası üzrə bitirib. "Rayo Valekano" klubunun qadınlardan ibarət B komandasının baş məşqçisi, habelə adıçəkilən klubun qadınlardan ibarət bütün yaş qrupları üzrə komandalarının koordinatoru vəzifəsində çalışır.