Bank Of Baku

AFFA ölkə kubokunun finalçılarını cəzalandırıb

AFFA ölkə kubokunun finalçılarını cəzalandırıb
# 27 may 2014 11:22 (UTC +04:00)

Bakı – APA. Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda Azərbaycan kubokunun finalında  - “Qəbələ” - “Neftçi” matçında baş verənlər müzakirə olunub. Bu matçda komandalar ümumilikdə 5 min manat cərimə olunub.

 

Hər iki komandanın üzvləri qarşılaşma ərzində 4 sarı vərəqə aldığından klublar hərəyə 1000 manat cərimə olunub. Matçın 90-cı dəqiqəsində texniki zona qaydalarını pozan “Neftçi”nin məşqçisi Bəxtiyar Musayev də cəzasız qalmayıb. Çalışdırıcı 1 oyunluq cəzalanıb, klubu isə 1000 manat ziyana düşüb.

 

Qarşılaşmanın 104-cü dəqiqəsində azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün “Qəbələ” 2000 manat ödəyəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR