Bank Of Baku

AVRO-2016-nın final mərhələsinə son iki vəsiqənin sahibi müəyyənləşib

AVRO-2016-nın final mərhələsinə son iki vəsiqənin sahibi müəyyənləşib
# 17 noyabr 2015 23:17 (UTC +04:00)

Bakı-APA. AVRO-2016-nın final mərhələsinə son iki vəsiqənin sahibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, bu komandaların adı pley-offun cavab oyunları çərçivəsində baş tutacaq son iki görüşdə bəlli olub.

 

Eyni saatda başlayan matçların hər ikisinə qonaqlar üstünlüklə çıxıb. Ukrayna millisi öz meydanında qazandığı 2:0 hesablı qələbənin verdiyi üstünlüklə yollandığı səfərdə 1:1 bərabərə qalaraq Fransaya getməyə haqq qazanıb.

 

Danimarkada baş tutan şimallıların duelində isə İsveç üstün tərəf idi. İlk oyunda 1:2 hesabı ilə məğlub olan danimarkalılar səfər qoluna ümid etsələr də, İbrahimoviçin iki qolu ilə hesabda geri düşdülər. Matçın sonlarına yaxın toparlanaraq 2:2-lik bərabərliyə nail olsalar da, bu Avropa çempionatına getmək üçün yetərli olmayıb.

 

Beləliklə, 2016-cı ildə Fransada baş tutacaq Avropa çempionatında iştirak edəcək bütün komandaların adlarına aydınlıq gəlib.

 

AVRO-2016-nın seçmə mərhələsi

Pley-off, cavab oyunları

17 noyabr

 

Sloveniya – Ukrayna - 1:1

Qollar: Sezar, 11 - Yarmolenko, 90+7

İlk oyun – 0:2

 

Danimarka – İsveç - 2:2

Qollar: Poulsen, 81, Vesteqard, 90+1 - İbrahimoviç, 19, 76

İlk oyun – 1:2

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR