Bank Of Baku

AVRO-2016-nın seçmə mərhələsində daha 3 qrupun oyunlarına yekun vurulub - NƏTİCƏLƏR

AVRO-2016-nın seçmə mərhələsində daha 3 qrupun oyunlarına yekun vurulub - <span style="color: red;">NƏTİCƏLƏR
# 12 oktyabr 2015 22:50 (UTC +04:00)

Apasport.az saytının məlumatına görə, baş tutan 9 qarşılaşmada final mərhələsinə daha iki vəsiqənin sahibini müəyyənləşdirməklə yanaşı, qrup üçüncüsü olacaq 3 komandanın da adı bəlli olub.

 

E qrupunun qarşılaşmaları demək olar ki, formal xarakter daşıyıb. İngiltərənin 1-ci, İsveçrənin 2-ci olduğu “altılıq”da Sloveniya da 3-cü pilləni tutub.

 

C qrupunda İspaniya 1-ci olduğundan Slovakiya ilə Ukrayna digər iki yer üçün qiyabi mübarizə aparıb. Lüksemburqa qalib gələn Slovakiya 2-ci olaraq birbaşa Fransaya, İspaniyaya yenilən Ukrayna isə 3-cü kimi pley-offa vəsiqə qazanıb.

 

G qrupunda da qalib bəllidi. Avstriyanın ən yaxşı olduğu “altılıq”da Rusiya və İsveç birbaşa vəsiqə üçün mübarizə aparıb. İsveçdən 2 xal öndə olan şimal qonşularımızı Monteneqro ilə ev oyununda qalib gələrək Avropa Çempionatına birbaşa qatılmaq hüququ qazanıblar. İsveç isə daha bir qarşılaşma oynamalı olacaq.

 

 

AVRO-2016-nin seçmə mərhələsi

X tur

 

C qrupu

Belarus - Makedoniya - 0:0

Lüksemburq - Slovakiya - 2:4

Ukrayna - İspaniya - 0:1

 

 

E qrupu

Estoniya – İsveçrə - 0:1

Litva – İngiltərə - 0:3

San-Marino - Sloveniya - 0:2


 

G qrupu

Avstriya - Lixtenşteyn - 3:0

Rusiya – Monteneqro - 2:0

İsveç - Moldova - 2:0

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR