Bank Of Baku

AVRO-2016-nın seçmə mərhələsində növbəti 9 qarşılaşma keçirilib - NƏTİCƏLƏR

AVRO-2016-nın seçmə mərhələsində növbəti 9 qarşılaşma keçirilib - <span style="color: red;">NƏTİCƏLƏR
# 09 oktyabr 2015 23:08 (UTC +04:00)

Apasport.az saytının məlumatına görə, C, E və G qruplarında IX turun qarşılaşmaları baş tutub.

 

C qrupunda final mərhələsinə hər iki vəsiqənin sahibi müəyyənləşə bilərdi. Bunun üçün həm İspaniya, həm də Slovakiyaya cəmi 1 xal lazım idi. Ukraynanın büdrəməsi də cütlüyün Fransa biletini təmin etməsi ilə nəticələnəcəkdi. Ancaq təkcə İspaniya vəzifənin öhdəsindən gələ bilib. Slovakiyanın xal itirməsi, Ukraynanın isə qələbə qazanması həyəcanın son tura daşınmasına səbəb olub.

 

G qrupunun qalibi müəyyənləşdiyindən 2-ci vəsiqə və pley-offa çıxmaq iddiasında olan 3 komanda mübarizə aparır. Rusiya və İsveç qalib gələrək ikincilik uğrunda mübarizəni son oyunlarında davam etdirəcəklər.

 

İngiltərənin 1-ci yeri təmin etdiyi E qrupunda isə 4 iddiaçı Fransa arzusunu reallaşdırmaq üçün meydana çıxıb. Son tur öncəsi San Marinonu darmadağın edən İsveçrə və 1 xal qazanmış Sloveniya daha şanslı görünür.

 

AVRO-2016-nin seçmə mərhələsi

 

C qrupu

Makedoniya - Ukrayna - 0:2

Slovakiya - Belarus - 0:1

İspaniya - Lüksemburq - 4:0

 

 

E qrupu

İngiltərə - Estoniya - 2:0

Sloveniya - Litva - 1:1

İsveçrə - San-Marino - 7:0

 

 

G qrupu

Lixtenşteyn - İsveç - 0:2

Moldova - Rusiya - 1:2

Monteneqro - Avstriya - 2:3

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR