Bank Of Baku

AVRO 2016-nın qrup mərhələsinin növbəti oyunları keçirilib - NƏTİCƏLƏR

AVRO 2016-nın qrup mərhələsinin növbəti oyunları keçirilib - <span style="color: red;">NƏTİCƏLƏR
# 28 mart 2015 00:02 (UTC +04:00)

Apasport.az saytının məlumatına görə, 4 gün davam edəcək V turda öncə C, E və G qrupunun matçları baş tutub.

 

C qrupunun lideri Slovakiya millisi autsayder Lüksemburq yığması ilə üz-üzə gəlib və rəqibini 3:0 hesabı ilə məğlub edib. 2-3-cü yerləri bölüşən İspaniya Ukraynanı sınağa çəkib. 28-ci dəqiqədə Alvaro Moratanın vurduğu tək qol Visente del Boskenin yetirmələrinə 3 xal qazandırıb.

 

E qrupunun vahid lideri İngiltərə Litva ilə münasibətlərinə aydınlıq gətirib. Böyük Britaniya təmsilçiləri 4:0 hesabı ilə rəqibini üstələyib. İsveçrə Estoniyanı 2:0, Sloveniya San-Marinonu 6:0 hesabı ilə məyus edib.

 

G qrupunda isə eyni xala malik Rusiya ilə Monteneqro qarşılaşıb. 66-cı dəqiqədə futbolçular arasında toqquşma nəticəsində oyun yarımçıq dayandırılıb.

 

Lixtenşteynin qonağı olan lider Avstriya darmadağına sevinib – 0:4. Son pillədə yer alan Moldova İsveçi qəbul edib. Skandinaviya təmsilçisi Zlatan İbrahimoviçin dublu sayəsində səfərdən 3 xalla qayıdıb.

 

Qqeyd edək ki, Azərbaycan millisinin yer aldığı H qrupunun matçları bu gün keçiriləcək. Komandamız Tofiq Bəhramov adına Respublika stadionunda Malta yığmasını sınağa çəkəcək.

 

AVRO-2016-nın seçmə mərhələsi, V tur

C qrupu

İspaniya – Ukrayna - 1:0

Slovakiya – Lüksemburq - 3:0

Makedoniya – Belarus - 1:2

 

E qrupu

İngiltərə - Litva - 4:0

İsveçrə - Estoniya - 3:0

Sloveniya – San-Marino - 6:0

 

G qrupu

Monteneqro - Rusiya - 0:0 (Yarımçıq dayandırıldı)

Lixtenşteyn - Avstriya - 0:5

Moldova – İsveç - 0:2

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR