Bank Of Baku

Avrokuboklarda növbəti mövsümün püşkatmasının vaxtı dəqiqləşib

Avrokuboklarda növbəti mövsümün püşkatmasının vaxtı dəqiqləşib
# 12 dekabr 2014 09:35 (UTC +04:00)

Bakı – APA. Avrokubokların 2015/16 mövsümünün təqvimi müəyyənləşib. Apasport.az saytı xəbər verir ki, qarşıdakı mövsümün püşkatma və oyun günlərinin tarixi açıqlanıb. 


Azərbaycanı qitədə təmsil edəcək ölkəmizin ən güclü 4 klubu iyunun 22-ni gözləyəcək. Həmin gün İsveçrənin Nyon şəhərində Çempionlar Liqası və Avropa Liqasının ilk 2 təsnifat mərhələsinin püşkü atılacaq.

Çempionlar Liqasının finalı mayın 28-də Milanda, Avropa Liqasının həlledici oyunu mayın 18-də Bazeldə baş tutacaq.

“Apasport” tam təqvimi bəlli olan avrokubokların I hissəsinin - təsnifat mərhələləri və qrupların püşkatmasının tarixlərini təqdim edir:

 

22 iyun 2015

Çempionlar Liqası və Avropa Liqasında I və II təsnifat mərhələlərinin püşkatması

30 iyun/1 iyul 2015

Çempionlar Liqası, I təsnifat mərhələsi, ilk oyunlar

2 iyul 2015

Avropa Liqası, I təsnifat mərhələsi, ilk oyunlar

7-8 iyul 2015

Çempionlar Liqası, I təsnifat mərhələsi, cavab oyunları

9 iyul 2015

Avropa Liqası, I təsnifat mərhələsi, cavab oyunları

14-15 iyul 2015

Çempionlar Liqası, II təsnifat mərhələsi, ilk oyunlar

16 iyul 2015

Avropa Liqası, II təsnifat mərhələsi, ilk oyunlar

17 iyul 2015

Çempionlar Liqası və Avropa Liqasında III təsnifat mərhələsinin püşkatması

21-22 iyul 2015

Çempionlar Liqası, II təsnifat mərhələsi, cavab oyunları

23 iyul 2015

Avropa Liqası, II təsnifat mərhələsi, cavab oyunları

28-29 iyul 2015

Çempionlar Liqası, III təsnifat mərhələsi, ilk oyunlar

30 iyul 2015

Avropa Liqası, III təsnifat mərhələsi, ilk oyunlar

4-5 avqust 2015

Çempionlar Liqası, III təsnifat mərhələsi, cavab oyunları

6 avqust 2015

Avropa Liqası, III təsnifat mərhələsi, cavab oyunları

7 avqust 2015

Çempionlar Liqası və Avropa Liqasında IV təsnifat mərhələsinin püşkatması

18-19 avqust 2015

Çempionlar Liqası, IV təsnifat mərhələsi, ilk oyunlar

20 avqust 2015

Avropa Liqası, IV təsnifat mərhələsi, ilk oyunlar

25-26 avqust 2015

Çempionlar Liqası, IV təsnifat mərhələsi, cavab oyunları

27 avqust 2015

Çempionlar Liqasının qrup mərhələsinin püşkatması

27 avqust 2015

Avropa Liqası, IV təsnifat mərhələsi, cavab oyunları

28 avqust 2015

Avropa Liqasının qrup mərhələsinin püşkatması

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR