Bakı – APA. Bu gün Avroliqada 1/16 final mərhələsinin püşkatması keçirilib. Apasport.az saytının məlumatına görə, püşk “Neftçi” ilə eyni qrupda mübarizə aparan “Rubin” və “İnter” üçün fərqli olub.
Belə ki, kazanlıları turnirin son qalibi olan Madrid “Atletiko”su ilə çətin sınaq gözləyir. İtalyanların isə “Qalatasaray”ın qrupunda 3-cü yeri tutmuş ÇFR-i mübarizədən kənarlaşdırmaq şansı yüksəkdir.
Türkiyənin turnirdə yeganə təmsilçisi olan “Fənərbaxça”nı Belarusa səfər gözləyir. Belə ki, istanbulluları son illərdə beynəlxalq miqyasda yaxşı çıxış edən BATE ilə asan duel gözləmir.
Maraqlı cütlərdən “Tottenhem” – “Lion”, “Borussiya” – “Latsio”nu qeyd etmək olar.
"Napoli" (İtaliya) - "Viktoriya" (Çexiya)
"Tottenhem" (İngiltərə) - "Lion" (Fransa)
"Borussiya" (Münhenqladbax, Almaniya) - "Latsio" (İtaliya)
"Sparta" (Çexiya) - "Çelsi" (İngiltərə)
"Anji” (Rusiya) - "Hannover" (Almaniya)
"Bazel" (İsveçrə) - "Dnepr" (Ukrayna)
"Ayaks" (Hollandiya) - "Styaua" (Rumıniya)
"Atletiko" (Madrid, İspaniya) - "Rubin" (Rusiya)
"Ştutqart" (Almaniya) - "Genk" (Belçika)
"Nyukasl" (İngiltərə) - "Metallist" (Ukrayna)
"Bayer" (Almaniya) - "Benfika" (Portuqaliya)
"Dinamo" (Kiyev, Ukrayna) - "Bordo" (Fransa)
BATE (Belarus) - "Fənərbaxça" (Türkiyə)
"İnter" (İtaliya) - "ÇFR Kluj" (Rumıniya)
"Levante" (İspaniya) - "Olimpiakos" (Yunanıstan)
"Zenit" (Rusiya) - "Liverpul" (İngiltərə)
Qeyd edək ki, 1/16 final mərhələsinin ilk oyunları fevralın 14-də keçiriləcək.