Bakı-APA. Avroliqada 1/16 final mərhələsinin cavab oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasından fərqli, bu turnirdə hazırkı mərhələ 1/8 yox, 1/16 final olduğundan, qaliblər 1 həftəyə müəyyənləşib.
Bir sıra komandalar artıq ilk oyunlarda cütün taleyini həll edib. Bu sırada Azərbaycan millisinin futbolçusu Ruslan Abışovun düşərgəsində olduğu “Rubin”i qeyd etmək olar.
Qarşılaşmada Abışovun komandası Falkaonun 84-cü dəqiqədə vurduğu yeganə qolla məğlub olub. Lakin buna baxmayaraq “Rubin” ilk oyunda Madrid klubunun qapısından keçirdiyi 2 cavabsız topa görə, növbəti mərhələyə adlayıb.
Millimizin digər müdafiəçisi Əli Gökdəmirin komandası “Hannover” isə evində “Anji” ilə üz-üzə gəlib. Futbolçumuzun “18-liy”ə belə düşə bilmədiyi qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb.
Beləliklə, Mahaçqala klubu 1/8 finala keçib.
Türkiyənin “Fənərbaxça” klubu isə doğma azarkeşləri önündə BATE ilə münasibətlərinə aydınlıq gətirib. Bu oyunun taleyini 1 qol həll edib. Matçın 45-ci dəqiqəsində Kristian Baroni vurduğu tək qolla “sarı bülbüllər”in adını növbəti mərhələyə yazdırıb.
1/8 finalda qarşılaşacaq komandalar bunlardır:
“Viktoriya” - “Fənərbaxça”
“Benfika” - “Bordo”
“Anji” - “Nyukasl”
“Ştutqart” - “Latsio”
“Tottenhem” - “İnter”
“Levante” - “Rubin”
“Bazel” - “Zenit”
“Styaua” - “Çelsi”
21 fevral
“Rubin” (Rusiya) – “Atletiko” (İspaniya) - 0:1
Qol: Falkao, 84
İlk oyun – 2:0
“Genk” (Belçika) – “Ştutqart” (Almaniya) - 0:2
Qollar: Boka, 45, Qentner, 58
İlk oyun – 1:1
“Latsio” (İtaliya) – “Borussiya” (Mönhenqladbax) - 2:0
Qollar: Kandreva, 10, Qonzales
İlk oyun – 3:3
“Lion” (Fransa) – “Tottenhem” (İngiltərə) - 1:1
Qollar: Qonalons, 17 - Dembele, 90
İlk oyun – 1:2
ÇFR (Rumıniya) – “İnter” (İtaliya) - 0:3
Qollar: Quarin, 22, Quarin, 45+3, Benassi, 89
İlk oyun – 0:2
“Metallist” (Ukrayna) – “Nyukasl” (İngiltərə) - 0:1
Qol: Ameobi, 64-pen
İlk oyun – 0:0
“Dnepr” (Ukrayna) – “Bazel” (İsveçrə) - 1:1
Qollar: Seleznyov, 76-pen - Skar, 81-pen
İlk oyun – 0:2
“Liverpul” (İngiltərə) – “Zenit” (Rusiya) - 3:1
Qollar: Suares, 28; 59, Allen, 43 - Halk, 19
İlk oyun – 0:2
“Benfika” (Portuqaliya) – “Bayer” (Almaniya) - 2:1
Qollar: Con, 60, Matiç, 77 - Şurrle, 75
İlk oyun – 1:0
“Çelsi” (İngiltərə) – “Sparta” (Çexiya) - 1:1
Qol:Azard, 90+1 - Lafata, 17
İlk oyun – 1:0
“Bordo” (Fransa) – “Dinamo” (Kiyev, Ukrayna) - 1:0
Qol: Diabate, 41
İlk oyun – 1:1
“Hannover” (Almaniya) – “Anji” (Rusiya) - 1:1
Qollar: Pinto, 70 - Traore, 90+8
İlk oyun – 1:3
“Viktoriya” (Çexiya) – “Napoli” (İtaliya) - 2:0
Qollar: Kovarik, 51, Teçl, 74
İlk oyun – 0:2
“Fənərbaxça” (Türkiyə) – BATE (Belarus) - 1:0
Qol: Baroni, 45
İlk oyun – 0:0
“Olimpiakos” (Yunanıstan) – “Levante” (İspaniya) - 0:1
Qol: Martins, 9
İlk oyun – 0:3
“Styaua” (Rumıniya) – “Ayaks” (Hollandiya) - 2:0 (penaltilər 4:2)
Qollar: Latovleviçi, 38, Kririkes
İlk oyun – 0:2