Bank Of Baku

“Çelsi”, “Fənərbaxça” və “Benfika” Avroliqanın 1/4 final mərhələsinin ilk oyunlarında qələbə qazanıb

“Çelsi”, “Fənərbaxça” və “Benfika” Avroliqanın 1/4 final mərhələsinin ilk oyunlarında qələbə qazanıb
# 05 aprel 2013 00:03 (UTC +04:00)

Bakı-APA. Avroliqada 1/4 final mərhələsinin ilk oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının futbolçusu Ruslan Abışovun şərəfini qoruduğu “Rubin” Londonda Çempionlar Liqasının (ÇL) son qalibi olan “Çelsi”nin qonağı olub.

 

Görüşə daha inamlı başlayan “zadəganlar” 32-ci dəqiqəyə qədər kazanlıları 2 dəfə mərkəzdən başlamağa məcbur edib. Lakin Tatarıstan təmsilçisi fasiləyə qədər hesab arasındakı fərqi azaldıb. İkinci hissədə isə “Çelsi” qonaqları növbəti dəfə cəzalandıraraq cavab matç öncəsi böyük üstünlük əldə edib - 3:1.

 

“Çelsi”dən fərqli olaraq digər ingilis klubları istəklərinə elə də nail ola bilməyiblər. Belə ki, səfərdə “Benfika” ilə üz-üzə gələn “Nyukasl” məğlubiyyətə düçar olub. Portuqaliyalılar oyunda 3:1 hesabı ilə qələbə qazanıb.

 

Doğma publika önündə “Bazel”i qəbul edən “Tottenhem” isə rəqibi ilə sülh bağlayıb - 2:2.

 

Gecənin ən maraqlı oyunlarından biri isə İstanbulda baş tutub. “Şükrü Saracoğlu” stadionunda “Latsio” ilə qarşılaşan “Fənərbaxça” azarkeşlərini sevindirib. Fasiləyə qədər hesabı aça bilməyən “sarı bülbüllər” ikinci hissənin sonlarında 2 dəfə fərqlənərək İtaliyanın paytaxtı Romadakı Olimpiya stadionundakı cavab matçına böyük üstünlük əldə ediblər.

 

4 aprel

“Çelsi” (İngiltərə) – “Rubin” (Rusiya) - 3:1

Qollar: Torres, 16; 70, Moses, 32 - Natxo, 41-pen

 

“Tottenhem” (İngiltərə) – “Bazel” (İsveçrə) - 2:2

Qollar: Adebayor, 40, Siqurdsson, 58 - Stoker, 30, Frey, 34

 

“Benfika” (Portuqaliya) – “Nyukasl” (İngiltərə) - 3:1

Qollar: Moreno, 25, Lima, 65, Kardoso, 71 - Sisse, 12

 

“Fənərbaxça” (Türkiyə) – “Latsio” (İtaliya) - 2:0

Qol: Vebo, 78-pen, Kuyt, 90

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR