Bank Of Baku

Avropa Liqasında 1/16 finalın 14 iştirakçısı müəyyənləşib

Avropa Liqasında 1/16 finalın 14 iştirakçısı müəyyənləşib
# 28 noyabr 2014 09:48 (UTC +04:00)

Bakı – APA. Avropa Liqasının 1/16 final mərhələsinə 14 vəsiqənin sahibləri bəlli olub. Apasport.az saytının məlumatına görə, qrup mərhələsinin V turunun qarşılaşmalarından sonra 13 komanda mərhələ adlayacağını rəsmiləşdirib.

 

3 qrupda hər iki hər iki xoşbəxt məlumdur. Bunlar C qrupunda “Tottenhem”lə (İngiltərə) Beşiktaş (Türkiyə), D qrupunda “Zalsburq”la (Avstriya) “Seltik” (Şotlandiya), L qrupunda “Legiya” (Polşa) və “Trabzonspor” (Türkiyə) klublarıdır.

 

7 qrupda isə yalnız bir komanda istəyinə çatıb. Belə ki, E qrupunda “Dinamo” (Moskva, Rusiya), F qrupunda “İnter” (İtaliya), G qrupunda “Feyenoord” (Hollanidya), H qrupunda “Everton” (İngiltərə), İ qrupunda “Napoli” (İtaliya), J qrupunda “Dinamo” (Kiyev, Ukrayna), K qrupunda “Fiorentina” (İtaliya) indidən 1/16 finalı düşünə bilər.

 

Bu 13 komanda ilə yanaşı, Çempionlar Liqasında 3-cü olan “Anderlext” də həmin mərhələdə oynayacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR