Bank Of Baku

Avropa Liqasında ardıcıl 6 matçda uduzmayan “Qəbələ”nin uğurlu seriyası Krasnodarda başa çatıb

Avropa Liqasında ardıcıl 6 matçda uduzmayan “Qəbələ”nin uğurlu seriyası Krasnodarda başa çatıb
# 01 oktyabr 2015 23:21 (UTC +04:00)

Apasport.az saytının məlumatına görə, Roman Qriqorçukun yetirmələri Rusiyada “Krasnodar”ın qonağı olublar.

 

İlk turda öz meydanında PAOK-la qarşılaşan və qolsuz bərabərliyə razılaşan əyalət klubu səfərdən də ən az 1 xalla dönərək, xal ehtiyatını artırmaq niyyətində idi.

 

Ancaq matça ev sahibləri fəal başlayıblar. 8-ci dəqiqədə Vanderson erkən qola imza ataraq komandasını hesabda önə çıxarıb. İlk yarı bu hesabla tamamlanıb.

 

İkinci hissəyə isə təmsilçimiz qolla başlayıb. Fasilədən sonra 6-cı, oyunda isə 51-ci dəqiqədə Dodo Antonovun ötürməsindən maksimum yararlanaraq bərabərliyi təmin edib.

 

Ancaq oyunun nəticəsini ruslar təyin edib. Smolov 84-cü dəqiqədə azərbaycanlı futbolsevərlərin "kefin soğan doğrayıb".

 

Bu oyuna qədər avrokubokda ardıcıl 6 matçda uduzmayan “Qəbələ”nin uğurlu seriyası Krasnodarda başa çatıb.

 

Qrupun digər oyununda isə ilk matçda Bakıda "Qəbələ" ilə qolsuz bərabərliyə razılaşan PAOK öz meydanında Dortmund "Borussiya"sına uduzmayıb. Qarşılıqlı vurulan 1 qol, hər komandaya 1 xal qazandırıb.

 

Avropa Liqası, qrup mərhələsi

II tur

1 oktyabr

 

 

C qrupu

 

“Krasnodar” (Rusiya) – “Qəbələ” (Azərbaycan) - 2:1

Qollar: Vanderson, 8; Smolov, 84  - Dodo, 51

Baş hakim: Marçin Borski (Polşa)

Krasnodar. “Kuban” stadionu

 

PAOK (Yunanıstan)  - "Borussiya" (Dortmund, Almaniya) - 1:1

Qol: Mak, 34 - Gastro, 72

Baş hakim: Anthoni Teylor (İngiltərə)

Saloniki, “Stadio Toumba”

 

 

 

 

 

 

 

 

 

 

 

 "Borussiya"

2

1

1

0

3-2

4

 

 

 "Krasnodar"

2

1

0

1

3-3

3

 

 

 PAOK

2

0

2

0

1-1

2

 

 

 "Qəbələ"

2

0

1

1

1-2

1

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR