Bank Of Baku

Avropa Liqasında yarımfinalçılar məlum olub - NƏTİCƏLƏR

Avropa Liqasında yarımfinalçılar məlum olub - <span style="color: red;">NƏTİCƏLƏR
# 11 aprel 2014 00:05 (UTC +04:00)

APA-nın Apasport.az saytına istinadən verdiyi xəbərə görə,  cavab oyunları yarımfinalçıların adına aydınlıq gətirib.

 

“Benfika” Hollandiyada məğlub etdiyi “Alkmaar”la öz meydanında qarşılaşıb. Səfərdə qalib gələn portuqaliyalılar, öz meydanlarında da hollandların qapısından 2 qol keçirərək yarımfinala vəsiqə qazanıblar.

 

İtaliya “Yuventus”u da yarımfinala vəsiqə əldə edib. Turinlilər Fransada minimal hesabla qalib gəldikləri “Lion”u evdə də 2:1 hesabı ilə məğlub ediblər.

 

İspaniyadakı matçlarda isə meydan sahibləri səfər yenilgisinin əvəzini çıxmağı bacarıblar. “Sevilya” “Porto”dan minimal hesablı məğlubiyyətin əvəzini yetərincə çıxıb və növbəti mərhələyə yüksəlib. Səfərdə 3:0 hesabı ilə məğlub olan “Valensiya” öz meydanında əsas vaxtda "Bazel"in qapısından 3 qol keçirib. Əlavə olunmuş vaxtda "Bazel"in iki oyunçusu kobudluğa görə meydandan qovulub. "Valensiya" isə daha 2 qol vuraraq yarımfinala yüksəlib. 

 

Avropa Liqası, 1/4 final, cavab oyunları

 

10 aprel

 

“Sevilya” (İspaniya) - “Porto” (Portuqaliya) - 4:1

Qollar: Rakitiç, 5; Vitolo, 26; Bacca, 29; Gamerio, 79 - Quareşma, 90

Qırmızı vərəqə: Coke, 54 ("Sevilya")

İlk oyun – 0:1

 

“Benfika” (Portuqaliya) - “Alkmaar” (Hollandiya) - 2:0

Qollar: Rodriqo, 39; 71

İlk oyun – 1:0

 

“Yuventus” (İtaliya) - “Lion” (Fransa) - 2:1

Qollar: Pirlo, 4; Marcishio, 68 - Brand, 18

İlk oyun – 1:0

 

“Valensiya” (İspaniya) - “Bazel” (İsveçrə) - 5:0

Qollar: Alcacer, 38; 70; 113; Varqas, 42; Bernat, 118

Qırmızı vərəqə: Diaz, 100 ("Bazel"), Sauro, 105 ("Bazel")

İlk oyun – 0:3

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR