Bank Of Baku

Avropa Liqasının ən məhsuldar hücumçusu bəlli oldu

Avropa Liqasının ən məhsuldar hücumçusu bəlli oldu
# 16 may 2013 08:17 (UTC +04:00)

Bakı – APA. Başa çatan Avropa Liqasında bombardirlərin yekun cədvəli açıqlanıb. Apasport.az saytının məlumatına görə, “Latsio” (İtaliya) klubunun çexiyalı futbolçusu Libor Kozak 8 qolla turnirin ən məhsuldar oyunçusu adını qazanıb.

 

Avrokuboklar tarixində ilk dəfə bombardirlər siyahısında Azərbaycan klubunun üzvləri də yer alıb. 2012/13 mövsümünədək qitə kuboklarının əsas mərhələsinə həsrət qalan komandalarımız təsnifatı ilk dəfə adladığından, “Neftçi”nin bombardirlər siyahısına düşən oyunçuları ilkə imza atıblar.

 

Qitənin 2-ci dərəcəli klub turnirində qol sevinci yaşayan 304 futbolçu arasında “ağ-qaralar”ın 3 oyunçusu qərarlaşıb. Ən yaxşı bombardirimiz Nikolas Kanales 2 qola sevinib. Bu göstəricidə 50 futbolçudan geri qalan çilili 51-110-cu olan 60 oyunçudan biridir ki, 2 dəfə fərqlənib. Bunu 540 dəqiqədə gerçəkləşdirən cənubi amerikalı ümumi siyahıda 91-ci mövqedədir.

 

Cəmi 1 dəfə rəqib qapısına yol tapan 194 futbolçudan ikisi də “Neftçi”nin üzvləridir. 494 dəqiqəyə fərqlənən Rəşad Sadiqov turnirin 243-cüsüdür. Braziliyalı Flavinyo daha çox – 528 dəqiqə oynadığından daha aşağıda – 249-cu yerdədir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR