Bank Of Baku

Avropa ölkələrinin çempionatlarında ən çox qol vuran futbolçuların siyahısı açıqlanıb

Avropa ölkələrinin çempionatlarında ən çox qol vuran futbolçuların siyahısı açıqlanıb
# 20 may 2014 09:53 (UTC +04:00)

Bakı – APA. UEFA-ya üzv ölkələrin milli çempionatlarında ən çox qol vuran futbolçuların siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, Avropanın ən yaxşı bombardiri adına 3 oyunçu şərikdir.

 

Portuqaliyalı Kriştianu Ronaldo (“Real”, İspaniya), uruqvaylı Luis Suares (“Liverpul”, İngiltərə) və ispaniyalı Conatan Soriano (“Zalsburq”, Avstriya) hərəyə 31 qol vurmağa müvəffəq olub. İsrailli Eran Zahavi (“Makkabi”, Təl-Əviv, İsrail) 29 dəfə qol sevinci yaşmaqla, ilk “üçlüy”ün arxasında qərarlaşıb.

 

Topaz Premyer Liqasının bombardiri Reynaldo da siyahıda yer alıb. “Qarabağ”ın braziliyalı legioneri 22 qolla 18-21-ci yerləri bölən 4 futbolçudan biridir. İtaliyalı Çiro İmmobile (“Torino”, İtaliya), tunisli Hamdi Harbui (“Lokeren”, Belçika) və bosniyalı Sanel İbrahimoviç (“Jeness”, Lüksemburq) da 22 qol vurub.

 

Reynaldonun qabaqladığı oyunçular arasında ingiltərəli Den Starric (21 qol, “Liverpul”, İngiltərə), italiyalı Luka Toni (20 qol, “Verona”, İtaliya), polşalı Robert Levandovski (20 qol, “Borussiya” Dortmund, Almaniya), Fil Dişi Sahilindən Yaya Ture (20 qol, “Mançester Siti”, İngiltərə), çilili Aleksis Sançes (19 qol, “Barselona”, İspaniya) kimi futbolçular da var.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR