Bakı-APA. Futbol üzrə DÇ-2014-ün seçmə mərhələsinin martın 26-da keçiriləcək Azərbaycan – Portuqaliya oyununun baş hakimi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, martın 26-da baş tutacaq oyunu ingiltərəli Andre Marriner idarə edəcək. 42 yaşlı ədalət təmsilçisi komandaları Tofiq Bəhramov adına Respulika stadionuna çıxaracaq.
Qeyd edək ki, Mariner 2009-cu ildən FİFA referisidir.