Bakı-APA. Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil olunacaq təlim-məşq toplanışı çərçivəsində Azərbaycan və Lixtenşteyn milli komandaları arasında keçiriləcək yoldaşlıq oyununun stadionu müəyyənləşib. Apasport.az saytının məlumatına görə, qarşılaşma "Əl Vəsl" stadionunda keçiriləcək.
Bu matç fevralın 6-da baş tutacaq. “Cırtdan ölkə” təmsilçisi ilə qarşılaşma saat 18:00-da başlayacaq