Bank Of Baku

Azərbaycan – Lüksemburq matçının hakimləri müəyyənləşib

Azərbaycan – Lüksemburq matçının hakimləri müəyyənləşib
# 22 may 2013 07:21 (UTC +04:00)

Bakı – APA. Azərbaycan millisinin 2014-cü il dünya çempionatının seçmə mərhələsində Lüksemburqla keçirəcəyi oyunun hakimləri bəlli olub. Apasport.az saytının məlumatına görə, iyunun 7-də, saat 21:00-da "Bakcell Arena"da keçiriləcək matçı Mihay Fabianın başçılıq etdiyi macarıstanlı hakimlər idarə edəcək. Ona İstvan Norbert Albert, Peter Berettyan və Sandor Ando-Szabo yardımçı olacaq.

 

Matçın hakim-inspektoru albaniyalı Sokol Jareci, komissarı sloveniyalı Tugomir Frajman təyin olunub.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR