Bank Of Baku

Azərbaycan – Ukrayna oyununun vaxtı dəqiqləşib

Azərbaycan – Ukrayna oyununun vaxtı dəqiqləşib
# 16 fevral 2015 09:39 (UTC +04:00)

Bakı – APA. Futzal üzrə Avropa çempionatının əsas seçmə mərhələsinin Bakıda keçiriləcək IV qrupunda oyunların başlanma vaxtı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, “Sərhədçi” Olimpiya Mərkəzində baş tutacaq turnirin hər turunun ilk oyunu 18:30-da, Azərbaycan millisinin iştirakı ilə keçirilən qarşılaşma isə 21:00-da start götürəcək.

 

Yığmamız martın 18-də Belçika, 19-da Danimarka, 21-də isə Ukrayna ilə üz-üzə gələcək. Final mərhələsi 2016-cı ildə Serbiyada keçiriləcək yarışa birbaşa vəsiqə qazanmaq üçün komandamız qrup qalibi olmalıdı.

 

Çünki əsas mərhələnin 7 qalibi birbaşa Serbiyaya vəsiqə əldə edəcək, qrup ikinciləri və ən yaxşı 3-cü yer sahibi isə pley-offda son 4 xoşbəxti müəyyənləşdirəcək.

 

Avropa çempionatının seçmə mərhələsi

IV qrup

18 mart

18:30. Ukrayna –Danimarka

21:00. Azərbaycan – Belçika           

 

19 mart

18:30. Belçika – Ukrayna

21:00. Azərbaycan –Danimarka

 

21 mart

18:30. Danimarka –Belçika

21:00. Ukrayna – Azərbaycan

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR