Bank Of Baku

Azərbaycan çempionatı beynəlxalq reytinq cədvəlində 27 pillə irəliləyib

Azərbaycan çempionatı beynəlxalq reytinq cədvəlində 27 pillə irəliləyib
# 08 yanvar 2013 09:31 (UTC +04:00)

 

 

Bakı – APA. Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən güclü çempionatlarının reytinq siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan Premyer Liqası dünyanın 84-cü çempionatı olub. Topaz Premyer Liqası ən güclü klublarımızın sayəsində 250 xala malikdir.

 

Bu, ötən illə müqayisədə böyük sıçrayışdır. Belə ki, 6 ay öncə açıqlanan siyahıda Azərbaycan çempionatı 81,5 xalla 111-ci idi. Premyer Liqamız yarım ildə 27 pillə yüksəlişə nail olub.

 

126 ən güclü çempionatın yer aldığı reytinq siyahısına İspaniya Primerosu başçılıq edir – 1283 xal. Braziliya 1057, Almaniya 1037 xala malikdir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR