Bank Of Baku

Azərbaycan çempionu millimizə qol vuran oyunçunu transfer edib

Azərbaycan çempionu millimizə qol vuran oyunçunu transfer edib
# 13 mart 2014 15:53 (UTC +04:00)

Bakı – APA. “Araz” “Dördlər finalı” öncəsi heyətinə daha 4 yeni futzalçı qatıb. Apasport.az saytının əldə etdiyi məlumata görə, bunlar 2 braziliyalı, 1 italyan və 1 sloveniyalı oyunçulardır.

 

Bunlardan ən məşhuru isə Sloveniya yığmasının futzalçısı Kristyan Çuyetsdir.

 

İspaniyanın “Ribera Navarra” klubundan transfer olunan Çuyets bizə yaxşı tanışdır. Belə ki, 25 yaşlı oyunçu yanvarın sonu – fevralın əvvəllərində Belçikada keçirilmiş Avropa çempionatında yığması ilə birgə iştirak edib.

Kristyan qrupun İtaliyaya qalib gəldikləri (3:2) və millimizə uduzduqları (6:7) görüşündə fərqlənməyi də bacarıb. Belə ki, Sloveniya yığmasının “5” nömrəsi yanvarın 31-də keçirilmiş oyunda millimizin qapısına 17-ci dəqiqənin 35-ci saniyəsində qol vura bilib. O onda hesabı komandasının xeyrinə 2:1 etmişdi.

Qeyd edək ki, “Araz” bu futzalçılardan əvvəl heyətinə Rusiyanın “Dina” klubundan Aleksey Popovu qatmışdı. Əslən ukraynalı olan qapıçı cari mövsümün sonunadək icarəyə götürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR