Bank Of Baku

Azərbaycan futbol yığması Almaniya klubuna qalib gəlib

Azərbaycan futbol yığması Almaniya klubuna qalib gəlib
# 01 iyul 2013 13:25 (UTC +04:00)

Bakı – APA. Avstriyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması növbəti yoldaşlıq oyunu keçirib. Apasport.az saytının məlumatına görə, millimiz Almaniyanın "Münhen 1860" klubunun U-23 komandası ilə üzləşib.

Oyun yığmamızın 3:2 hesablı qələbəsi ilə nəticələnib. Almaniya təmsilçisinin qapısından hər 3 qolu hücumçumuz Namiq Ələskərov keçirib.

Qeyd edək ki, Arif Əsədovun yetirmələri ilk 2 oyunda Avstriyanın “Kapfenberq” və Rusiyanın “Qazovik-Qazprom” komandasına müvafiq olaraq 0:4 və 2:3 hesabı ilə uduzmuşdu.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR