Bank Of Baku

Azərbaycan futbolçuları Bolqarıstan yığması ilə yoxlama oyunu keçirəcək

Azərbaycan futbolçuları Bolqarıstan yığması ilə yoxlama oyunu keçirəcək
# 20 iyun 2013 10:09 (UTC +04:00)

Bakı-APA. Azərbaycanın 21 yaşlı futbolçulardan ibarət yığma komandasının bolqarıstanlı həmyaşıdları ilə yoldaşlıq görüşü keçirəcəyi dəqiqləşib. Apasport.az saytının məlumatına görə, AFFA bununla bağlı təklif aldığı bolqarların müraciətini təsdiqləyib. Yığmamız Mixail Madanskinin yetirmələri ilə avqustun 14-də onların meydanında üzləşəcək.


Bu, hər 2 komandanın Avropa çempionatının seçmə mərhələsində növbəti oyunlarına son hazırlıq olacaq. Belə ki, Bolqarıstanı sentyabrın 6-da Estoniya, 4 gün sonra Rusiya ilə matçları gözləyir. Almaniyalı Berhnard Lippertin baş məşqçisi olduğu yığmamız isə sentyabrın 7-də İsrailin qonağı olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR