Bank Of Baku

Azərbaycan klublarının Avropa Liqasındakı ilk oyunlarının başlama saatı dəqiqləşib

Azərbaycan klublarının Avropa Liqasındakı ilk oyunlarının başlama saatı dəqiqləşib
# 27 iyun 2013 10:15 (UTC +04:00)

Bakı-APA. Azərbaycanın Avropa Liqasındakı təmsilçilərinin I təsnifat mərhələsində ilk oyunları fərqli saatlarda başlayacaq. Apasport.az saytının məlumatına görə, avrokubokların 2012/13 mövsümündə startımızı “Qarabağ” gerçəkləşdirəcək.


Belə ki, ağdamlıların iyulun 2-də Makedoniya “Metallurq”u ilə Skopyedəki matçı Bakı vaxtilə saat 20:45-də başlayacaq. “Xəzər Lənkəran” həmin gün Malta “Slima”sı ilə Ta Qalidəki oyuna 1 saat sonra çıxacaq.

“İnter” isə 2 klubumuzdan fərqli 2 gün sonra evdə oynayacaq. Finlandiya “Mariehamn”ı ilə “Bayıl Arena”dakı matç saat 21:00-da başlayacaq.

Qeyd edək ki, püşkə görə hər 3 klubumuz ilk oyunlarını iyulun 4-də səfərdə keçirməli idi. Ancaq sonradan UEFA “İnter” matçının yerini, “Qarabağ”la “Xəzər Lənkəran”ın gününü dəyişdirdi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR