Bank Of Baku

Azərbaycan Kuboku: 1/4 finalın bütün cütlükləri bəlli olub

Azərbaycan Kuboku: 1/4 finalın bütün cütlükləri bəlli olub
# 03 dekabr 2015 21:03 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Kubokunda 1/8 final mərhələsi oyunlarına yekun vuruldu. Apasport.az saytının məlumatına görə, “Bayıl Arena”da keçirilən “Rəvan” – “Bakı” görüşündən sonra bütün 1/4 finalçılar məlum olub.

 

Belə ki, I Divizion təmsilçisi “Bakı”nı məğlub edən “Rəvan” da adını bu mərhələyə yazdırıb.

 

 

1/4 final mərhələsindəki cütlüklər aşağdakı kimi müəyyənləşib:

 

“Qarabağ” –  “Sumqayıt”

“Xəzər Lənkəran” – “Neftçi”

“Zirə” –  “Qəbələ”

“Rəvan” – “İnter”

 

Qeyd: İlk oyunlar 2 mart, cavab qarşılaşmaları isə 9 mart tarixlərində keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR