Bank Of Baku

Azərbaycan milli komandalarının ən yaxşı futbolçuları müəyyənləşib

Azərbaycan milli komandalarının ən yaxşı futbolçuları müəyyənləşib
# 17 dekabr 2012 10:54 (UTC +04:00)

 

Bakı – APA. Bu gün Azərbaycan milli komandalarının 2012-ci ildə ən yaxşı futbolçularının mükafatlandırılma mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, “Hilton Baku” otelinin “Sevda” zalında baş tutan tədbirdə 5 nominasiyanın qalibləri müəyyənləşib.


Son 2 illə müqayisədə, bu dəfə millidə ən çox oyun keçirən futbolçu mükafata layiq görülməyib. Yığmada 9 matç keçirən Ruslan Abışovla Rauf Əliyev bu mükafata layiq olsa da, bu nominasiya ləğv olunduğundan sonuncu mükafatsız qalıb.

 

Ruslan isə ilk dəfə “İlin futbolçusu” seçilərək, həmin mükafatı yığmanın baş məşqçisi Berti Foqts tərəfindən alıb.

 

Qızlardan ibarət U-17 yığmasının qapıçısı Aytac Şərifova və çimərlik futbolunda ən yaxşı olan Zeynal Zeynalov da Ruslan kimi ilk dəfə qalib olublar. Kamran Ağayev qapıçılar, Vitali Borisov isə futzalçılar arasında hegemonluğunu davam etdirərək, 3-cü dəfə ən yaxşı olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR