Bakı – APA. Sabah 17 yaşadək qızlardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində mübarizəyə başlayacaq. Apasport.az saytının məlumatına görə, yığmamız elit-raunda vəsiqə uğrunda Belçikada mübarizə aparacaq 6-cı qrupda qüvvəsini sınayacaq.
Siyasət Əsgərovun yetirmələrinin rəqibləri Çexiya, Belçika və Gürcüstan milliləri olacaq. Növbəti mərhələyə ilk 2 yerin sahibi və qrup üçüncüləri arasında ən yaxşı nəticəyə malik komanda vəsiqə əldə edəcək.
AVRO-2016-nın seçmə mərhələsi
VI qrup
29 sentyabr
17:00. Çexiya – Azərbaycan
Baş hakim: Yeva Auqustin (Polşa)
Lyej. Robert Luis-Freyfus akademiyasının stadionu
1 oktyabr
23:00. Belçika – Azərbaycan
Baş hakim: Şarlott Karpenter (Uels)
Eupen. Kehrveq stadionu
4 oktyabr
14:00. Azərbaycan – Gürcüstan
Baş hakim: Şarlott Karpenter (Uels)
Eupen. Kehrveq stadionu
Qeyd edək ki, qitə çempionatının seçmə mərhələsində 2007-ci ildə debüt edən yığmamız 7-ci dəfə yarışa qatılıb. Əvvəlki 6 cəhdində mərhələni keçə bilməyən millimiz ilkə imza atmağa çalışacaq.
mövsüm |
Baş məşqçi |
qrup |
O |
Q |
H |
M |
T/F |
X |
YER |
2007/08 |
Şamil Heydərov |
II qrup |
3 |
1 |
0 |
2 |
2-7 |
3 |
III yer |
2008/09 |
Şamil Heydərov |
II qrup |
3 |
0 |
1 |
2 |
1-9 |
1 |
IV yer |
2011/12 |
Sissi Rayt |
IX qrup |
3 |
0 |
0 |
3 |
1-12 |
0 |
IV yer |
2012/13 |
Sissi Rayt |
VI qrup |
3 |
1 |
0 |
2 |
8-11 |
3 |
III yer |
2013/14 |
Siyasət Əsgərov |
VIII qrup |
3 |
1 |
0 |
2 |
2-13 |
3 |
III yer |
2014/15 |
Siyasət Əsgərov |
III qrup |
3 |
0 |
0 |
3 |
1-10 |
0 |
IV yer |
|
|
|
18 |
3 |
1 |
14 |
15-62 |
10 |
|