Bakı-APA. Bu gün futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan yığması Bakıda Lüksemburqu qəbul edib. Oyun 1:1 hesabı ilə başa çatıb. Topları 71-ci dəqiqədə Abışov (Azərbaycan) və 79-cu dəqiqədə Bensi (Lüksemburq) vurublar.
Bu görüşdən sonra yığmamız 4 xalla qrupunda 4-cü yerdədir.