Bank Of Baku

Azərbaycan millisi Serbiya komandasına böyük hesabla qalib gəlib

Azərbaycan millisi Serbiya komandasına böyük hesabla qalib gəlib
# 19 yanvar 2015 07:28 (UTC +04:00)

Bakı – APA. Antalyada təlim-məşq toplanışını davam etdirən 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Apasport.az saytının məlumatına, U-16 millimiz Serbiyanın “Fənərbaxça Balkan Akademiyası”nın U-17 komandası ilə matçda qüvvəsini sınayıb.

 

Görüş təmsilçimizin 5:0 hesablı qələbəsi ilə başa çatıb. Komandamızın heyətində Fərid Nəbiyev dubl edib. Digər qollara isə Pilağa Mehdiyev, Samir Əliyev və Nemət Məmmədrəhimov imza atıblar.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR