Bank Of Baku

Azərbaycan millisi Türkiyədə 3-cü yoxlama oyununu keçirib

Azərbaycan millisi Türkiyədə 3-cü yoxlama oyununu keçirib
# 12 yanvar 2015 09:27 (UTC +04:00)

Bakı – APA. Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək qızlardan ibarət Azərbaycan millisi yerli “Muratpaşa Antalyaspor”la 3-cü dəfə qarşılaşıb. Apasport.az saytının məlumatına görə, ilk iki oyunda uduzan Siyasət Əsgərovun yetirmələri bu dəfə də meydanı məğlub tərk edib.

 

2-ci liqanın liderlərində olan Antalya klubu bu dəfə 3:1 hesabı ilə qalib gəlib. Bu da yığmamızın ardıcıl ikinci eyni hesablı məğlubiyyətidir.

 

Qeyd edək ki, ilk oyunda yığmamız 0:2 hesabı ilə uduzmuşdu.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR