Bank Of Baku

Azərbaycan millisinin 2016-cı ildə ilk rəqibi müəyyənləşib

Azərbaycan millisinin 2016-cı ildə ilk rəqibi müəyyənləşib
# 11 yanvar 2016 07:26 (UTC +04:00)

Bakı – APA. Azərbaycan millisinin növbəti rəqibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, yığmamız 2016-cı ildəki ilk matçını Qazaxıstana qarşı keçirəcək.

 

Bu matç Türkiyənin Antalya şəhərində keçiriləcək təlim-məşq toplanışı çərçivəsində baş tutacaq. Robert Prosineçkinin yetirmələri Qazaxıstan millisi ilə martın 26-da qarşılaşacaq.

 

Oyunun başlama vaxtı və matçın keçiriləcəyi stadion yaxın günlərdə müəyyənləşəcək.

 

 

Qeyd edək ki, millimiz martın 21-dən 27-dək Antalyada təlim-məşq toplanışında olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR