Bank Of Baku

Azərbaycan millisinin 2 futbolçusu İspaniya klubuna transfer olunub

Azərbaycan millisinin 2 futbolçusu İspaniya klubuna transfer olunub
# 12 yanvar 2015 12:33 (UTC +04:00)

Bakı – APA. Azərbaycan millisinin 2 futbolçusu karyerasını İspaniyada davam etdirəcək. Apasport.az saytının məlumatına görə, bunlar 19 yaşadək qızlardan ibarət yığmamızın üzvü Şəfəq Nəsirova və U-21-in şərəfini qoruyan Maya Danqadzedi.

 

Onların hər ikisi İspaniyanın “Deportivo Kanillas” klubuna transfer olunub. Bir sıra yoxlama görüşlərində və müxtəlif turnirlərdə çıxış edən futbolçular məşqçilər korpusunun rəğbətini qazanıb.

 

Qeyd edək ki, hər iki futbolçunun yaxın günlərdə lisenziya almaqla rəsmi oyunlarda da iştirakı nəzərdə tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR