Bank Of Baku

Azərbaycan millisinin futbolçusu “Orduspor”a transfer olunub

Azərbaycan millisinin futbolçusu “Orduspor”a transfer olunub
# 19 iyun 2013 08:30 (UTC +04:00)

Bakı-APA. Azərbaycan milli komandasının futbolçusu Branimir Subaşiçin karyerasını Türkiyədə davam etdirəcəyi dəqiqləşib. Apasport.az saytının məlumatına görə, “Orduspor” 31 yaşlı milliləşdirilən serbiyalı hücumçunun transfer etdiyini rəsmən açıqlayıb.


Belə ki, I liqaya düşən komanda Subaşiçlə 2, 2007/08 mövsümündə heyətində çıxış etmiş Əmrə Aygünlə 1 illik müqavilə imzalayıb. Branimir “Orduspor” iyulun 2-də təlim-məşq toplanışına başladığı zamanı komandanın düşərgəsində olacaq.

Qeyd edək ki, Subaşiç 2005-ci ildən oynadığı ölkəmizdə “Neftçi”, “Qəbələ”, “Xəzər Lənkəran” və “Qarabağ”da forma geyinib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR