Bank Of Baku

Azərbaycan millisinin futbolçusu Şotlandiya klubunda oynaya bilər

Azərbaycan millisinin futbolçusu Şotlandiya klubunda oynaya bilər
# 02 may 2014 14:20 (UTC +04:00)
Bakı – APA. Azərbaycan millisinin və “Xəzər Lənkəran”ın futbolçusu Cem Fələk karyerasını Böyük Britaniyada davam etdirməyə yaxındır. Apasport.az saytının məlumatına görə, Şotlandiyanın “Aberdin” klubunda baxışda olan hücumameylli yarımmüdafiəçi özü haqda müsbət fikir formalaşdırıb.

Böyük Britaniya mətbuatı klub rəhbərliyinin Cemi bəyəndiyini, ona müqavilə təklif etməyi götür-qoy etdiyini yazıb. Onların belə düşünməsinə “Aberdin” rəhbərliyinin futbolçumuzla bağlı qərarı əsas verib.

Belə ki, Premyer Liqa təmsilçisi baxışda olanlarla bağlı ilk qərarını açıqlayıb. Bunu klubun əsas komandasının baş məşqçisi Derek Makinnes edib.

O bildirib ki, baxış müddəti başa çatan Cemin düşərgədə qalacağı müddət uzadılıb. Milliləşən Almaniya türkünün saxlanılmasında məqsəd onunla bağlı yekun qərarın verilməsi üçün zamana olan ehtiyacdır.

Qeyd edək ki, Fələk “Aberdin”lə müqavilə imzalasa, klubun U-20 komandasında çıxış edəcək.
 
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR