Bank Of Baku

Azərbaycan millisinin heyəti açıqlanıb

Azərbaycan millisinin heyəti açıqlanıb
# 16 fevral 2015 14:59 (UTC +04:00)

Bakı – APA. Futbol üzrə Azərbaycan millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, yığmanın baş məşqçisi Robert Prosineçki ilin ilk siyahısına 24 futbolçunun adını daxil edib.

 

Xorvatiyalı mütəxəssis fevralın 20-dən 26-dək Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında əsasən yerli klubların üzvlərini yoxlayacaq. İlk seçimini edən Prosineçki ölkə xaricində top qovanlardan yalnız Emil Balayevə dəvət göndərib.

 

O, hazırlıq prosesi çərçivəsində dəvət göndərdiyi “24-lük”lə məhz fevralın 24-də Ukraynanın “Şaxtyor” (Donetsk) klubu qarşısında da ilk imtahanına çıxacaq.

 

Qapıçılar: Səlahət Ağayev (“İnter”), Emil Balayev (“Ayntraxt”, Almaniya), Andrey Popoviç (“Sumqayıt")

 

Müdafiəçilər: Rəşad Sadıqov, Bədavi Hüseynov, Maksim Medvedev (hamısı “Qarabağ”), Ruslan Abışov (“Qəbələ”), Arif Daşdəmirov, Məhəmməd Mirzəbəyov (hər ikisi “İnter”)

 

Yarımmüdafiəçilər: Qara Qarayev, Namiq Ələsgərov, Vüqar Nadirov (hamısı “Qarabağ”), Rəşad Sadiqov, Elvin Camalov, Cavid Hüseynov (hamısı “Qəbələ”), Əfran İsmayılov, Coşqun Diniyev, Elvin Məmmədov (hamısı “İnter”), Rahid Əmirquliyev (“Xəzər Lənkəran”), Məhəmməd Qurbanov (“Sumqayıt”)

 

Hücumçular: Ağabala Ramazanov (“Xəzər Lənkəran”), Orxan Əliyev (“Sumqayıt”), Rəşad Eyyubov (“Simurq”), Anton Krivotçuk (klubsuz)

 

Qeyd edək ki, fevralın 24-də Topaz Premyer Liqasının III turundan təxirə salınmış AZAL – “Neftçi” oyunu keçiriləcəyi üçün həmin komandaların üzvləri toplanışa dəvət olunmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR