Bakı – APA. Azərbaycan millisinin heyətində dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, “Xəzər Lənkəran”ın futbolçusu mayın 27-də San Fransisko şəhərində ABŞ yığması ilə qarşılaşacaq komandanın heyətindən çıxarılıb.
Buna səbəb Rahidin zədəli olmasıdır. Bu üzdən də yarımmüdafiəçi sabah hazırlıqlara start verəcək yığmanın düşərgəsinə qatılmayacaq.