Bank Of Baku

Azərbaycan millisinin heyətinə daha bir futbolçu dəvət olunub

Azərbaycan millisinin heyətinə daha bir futbolçu dəvət olunub
# 23 yanvar 2013 16:50 (UTC +04:00)

 Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, yığmamızın yanvarın 29-dan fevralın 6-dək Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək təlim-məşq toplanışına daha bir futbolçu dəvət olunub. Əvvəlcə adı ehtiyat heyətdə qeyd olunmuş Cavid İmamverdiyev (“Neftçi”) millinin hazırlıq prosesində iştirak edəcək.

 

Xatırladaq ki, hazırlıq prosesi çərçivəsində millimiz fevralın 1-də Özbəkistan yığması ilə yoxlama oyunu, fevralın 6-da isə Lixtenşteyn millisi ilə beynəlxalq yoldaşlıq görüşü keçirəcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR