Bank Of Baku

Azərbaycan millisinin hücumçusu Türkiyə Superliqasında oynayacaq

Azərbaycan millisinin hücumçusu Türkiyə Superliqasında oynayacaq
# 24 dekabr 2014 11:47 (UTC +04:00)

Bakı – APA. Azərbaycan millisinin voleybolçusu Yana Ağayeva Polşanın “Atom” klubu ilə vidalaşıb. Apasport.az saytının məlumatına görə, 27 yaşlı hücumçu Sopot təmsilçisinin əsas heyətinə düşə bilmədiyindən iyunda 1 illik bağlanılan müqavilə qarşılıqlı şəkildə pozulub.

 

Buna baxmayaraq, Ağayeva legioner karyerasını davam etdirəcək. Hücumçumuz “Atom”dan ayrıldıqdan dərhal sonra Türkiyənin “Çanakqala Bələdiyyəspor” klubu ilə anlaşıb. Milliləşdirilmiş oyunçumuz ən azı mövsümün sonunadək bu komandanın şərəfini qoruyacaq.

 

Yana Çanakqala təmsilçisində klubdan göndərilən polşalı Kinqa Kasprzakın yerinə transfer olunub.

 

Qeyd edək ki, Ağayevanın yeni komandası Türkiyə Superliqasında 10 turdan sonra 13 xalla 7-ci pillədədi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR