Bakı – APA. Azərbaycan milli komandasının və “Neftçi”nin qapıçısı Emil Balayev klubundan ayrılıb. Apasport.az saytının məlumatına görə, 20 yaşlı qapıçı Almaniya Bundesliqası klublarından olan “Ayntraxt”ın “Neftçi”yə ünvanladığı rəsmi dəvətə əsasən baxışda iştirak etmək üçün bu ölkəyə yola düşüb.
Emil noyabrın 26-dan dekabrın 12-dək Frankfurt klubunun düşərgəsində baxışda olacaq. Baxışın nəticələrinə əsasən Almaniya klubu qapıçı ilə bağlı qərar verəcək.