Bakı-APA. UEFA-nın 2008-13-cü illəri əhatə edən reytinq siyahısında dəyişikliklər olub. Apasport.az saytının məlumatına görə, 2012/13 mövsümünün Çempionlar və Avropa Liqasının qrup mərhələsinin sonuncu - VI turunun qarşılaşmalarında bəzi ölkələr xal hesablarını dəyişə bilib.
Son 5 mövsümü əhatə edən reytinqə Azərbaycan da hesabına növbəti 0,250 xalı yazıb. Bu, “Neftçi”nin səfərdə İtaliya “İnter”i ilə heç-heçə etməsi sayəsində mümkün olub – 2:2.
Təsnifat mərhələsindən fərqli əsas mərhələdə heç-heçə artıq 0,125 deyil, 0,250 xal gətirdiyindən 2:2 hesablı heç-heçə ilə cari mövsüm qazanılan xallarımızın sayı rekord həddə - 3,000-ə çatıb.
Cari mövsüm toplanan xalların ən böyük hissəsi – 1,625-i “Neftçi”nin, 0,750-si “İnter”ın payına düşür. Digər 0,500 xal “Xəzər Lənkəran”ın, 0,125-i isə “Bakı”nın hesabındadır.
“Neftçi”nin heç-heçəsi sayəsində son 5 ilə əsasən özümüz üçün rekord - 8,541 xal yığmağa imkan verib. Bu da Azərbaycan UEFA reytinqində irəliləməsinə şərait yaradıb. Belə ki, bu matçadək 33-cü olan ölkəmiz Finlandiyanı da arxada qoyaraq 33-cü pillədən 32-ciyə yüksəlib. Azərbaycanla yanaşı, aşağı mövqelərdəki digər ölkələr də çıxışını başa vurduğundan mövsümü bu pillədə bitirəcəyimiz dəqiqləşib.
UEFA reytinqinin 4-cü onluğu
|
yer |
Ölkə |
reytinq |
Qalıb/klub |
|
31 |
Gürcüstan |
9,166 |
0/4 |
|
32 |
Azərbaycan |
8,541 |
0/4 |
|
33 |
Finlandiya |
8,508 |
0/5 |
|
34 |
Bosniya-Herseqovina |
7,833 |
0/4 |
|
35 |
Moldova |
7,666 |
0/4 |
|
36 |
İrlandiya |
7,375 |
0/4 |
|
37 |
Litva |
6,500 |
0/4 |
|
38 |
Qazaxıstan |
5,958 |
0/4 |
|
39 |
Latviya |
5,791 |
0/4 |
|
40 |
İslandiya |
5,416 |
0/4 |