Bank Of Baku

Azərbaycan yığması “Latsio” ilə qarşılaşa bilər

Azərbaycan yığması “Latsio” ilə qarşılaşa bilər
# 23 may 2013 14:43 (UTC +04:00)

Bakı – APA. İtaliyanın Piza şəhərindəki “Toscana Football Cup 2013” turnirində yarımfinalçıların tam siyahısı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, artıq 2-ci turdan sonra bu mərhələyə yüksələn 19 yaşadək futbolçulardan ibarət yığmamız kimi, “Udineze”, “Latsio” və “Torino” da 4 ən güclü sırasına vəsiqə əldə edib.


Püşk ərəfəsində təşkilatçılar 2 komandanı səpələmək qərarına gəlib. “Latsio” və “Udineze” yarımfinalda üz-üzə gəlməkdən qurtulub. Onlar hərəsi 1 cütün səpələnmiş komandası olacaq. Yığmamız və “Torino” isə səpələnmədiyindən səpələnmişlərin biri ilə görüşəcək. Bu isə o deməkdir ki, millimiz ya “Latsio”ya da “Udineze” ilə qarşılaşacaq.

Qeyd edək ki, yarımfinal oyunları sabah keçiriləcək. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR