Bank Of Baku

Azərbaycan yığması Antalyaya yollanır

Azərbaycan yığması Antalyaya yollanır
# 15 yanvar 2013 12:31 (UTC +04:00)

Bakı – APA. 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, almaniyalı baş məşqçi Nikolay Adam yanvarın 23-dən fevralın 1-ə qədər Türkiyənin Antalya şəhərində baş tutacaq təlim-məşq toplanışına 24 oyunçu çağırıb. Onların 4-ü Rusiyanın müxtəlif klublarında, o cümlədən MOİK-də çıxış edir: Ağaseyid Qasımov, Eltun Turabov (hər ikisi "Qarabağ"), Elçin Tağıyev, Renat Ağaverdiyev, Mahir Mədətov, Umar Akmurzayev, Elsevər Rəhimov, Fərid İsmayılzadə (hamısı "Bakı"), Vüqar Əlibabayev, Bəhlul Mustafazadə, Yusif Şirinov, Fərid Əsədli, Heydər Babayev, Roman Hüseynov, Emin Zamanov (hamısı "Qəbələ"), Kamran Nəcəfzadə, Elməddin Məmmədov, Emil Həsənzadə (hamısı "Neftçi"), Anar Həsənov ("Rəvan"), Elnur Cəfərov ("Xəzər Lənkəran"), Şaxban Cəbrayılov ("Anji", Rusiya), Elgün Uluxanov (MOİK, Rusiya), Orxan Məmmədov ("İjorets", Rusiya), Əziz İbadullayev ("Tekstilşik", Rusiya).

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR