Bakı-APA. Avstriyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması ilk yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Arif Əsədovun yetirmələri Avstriyanın “Kapfenberq” klubu ilə gücünü sınayıb.
Millimiz Avstriyanın aşağı dəstə klubu ilə bacara bilməyib. Belə ki, görüş U-19-un 0:4 hesablı yenilgisi ilə başa çatıb.
Qeyd edək ki, yığmamız bu gun növbəti yoxlama oyununu keçirəcək. Rəqibin “Şturm” olacağı gözlənilsə də, komandamız sonda Rusiyanın 2-ci dəstəsində çıxış edən “SOYUZ-Qazprom”la oynamağa qərar verib.