Bank Of Baku

Azərbaycan yığması Ermənistanı darmadağın edib

Azərbaycan yığması Ermənistanı darmadağın edib
# 15 may 2014 12:28 (UTC +04:00)

Bakı - APA. Bu gün İranın paytaxtı Tehranda yunan-Roma güləşi üzrə böyüklər arasında Dünya Kubokuna start verilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisi yarışa məğlubiyyətlə başlasa da, bunun ardınca inamlı qələbə qazanıb.

 

Belə ki, B qrupunda yer alan yığmamız ilk qarşılaşmasını ev sahiblərinə qarşı keçirib. Görüş 8:0 hesabı ilə cənub qonşularımızın xeyrinə bitib.

 

Amma komandamız növbəti görüşündə bu məğlubiyyəti unutdura bilib. Millimiz Ermənistan güləşçilərini döşəyə çıxmağa peşman edib. Həmyerlilərimiz rəqiblə keçirdiyi 8 döyüşün hamısında çətinlik çəkmədən qalib gəliblər.

 

Komandamız növbəti qarşılaşmasını Koreyaya qarşı keçirəcək.

 

Qeyd edək ki, sabah qrup liderləri finalda, qrup ikinciləri isə üçüncülük uğrunda görüşəcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR