Bakı – APA. Azərbaycan milli komandasının 2014-cü ildə yoxlama oyunu üçün ilk rəqibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, yığmamızın gələn il Qırğızıstanla görüşü nəzərdə tutulub.
Bunu AFFA-nın baş katibi Elxan Məmmədov açıqlayıb.
Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən UEFA seminarında iştirak edən Məmmədov keçirilən mətbuat konfransında bildirib ki, 2014-cü ildə Azərbaycan və Qırğızıstan millilərinin yoldaşlıq oyununun keçirilməsini planlaşdırılır.