Bank Of Baku

Azərbaycan yığması reytinq cədvəlində mövqeyini qoruyub

Azərbaycan yığması reytinq cədvəlində mövqeyini qoruyub
# 08 may 2014 10:38 (UTC +04:00)

Bakı – APA. FİFA milli komandaların reytinq siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, aprellə müqayisədə ciddi dəyişikliklərin olmadığı siyahıda Azərbaycan yığması da mövqeyini qoruyub.

 

Belə ki, komandamız 398 xalla 85-ci yerdədir. Ötən ayın 10-da da eyni göstəricilərə malik millimiz tarixinin ən yüksək nəticəsinə imza atmışdı.

Siyahıda ciddi dəyişikliklərin olmamağı ötən müddətdə rəsmi matçların azlığı ilə bağlıdır. Azərbaycan yığması isə bu müddətdə meydana çıxmayıb.

 

Millimizin AVRO-2016-nın seçmə mərhələsindəki rəqiblərindən İtaliya 1115 xalla 9-cu, Xorvatiya 871 xalla 20-ci, Norveç 551 xalla 55-ci, Bolqarıstan 460 xalla 73-cü, Malta 204 xalla 128-ci yerdədir. Ötən ayla müqayisədə rəqiblərimizdən biri  – Norveç 1 pillə irəliləyib, Malta isə 1 pillə geriləyib, digərlərinin mövqeyi dəyişməz qalıb.

 

Yoxlama oyunlarındakı rəqiblərimizdən 1015 xala malik ABŞ 1 pillə geriləyərək 14-cü yerə enib. 577 xala malik Özbəkistan isə 53-cü yerdə qalıb.  Yığmamız amerikalılarla mayın 27-də, asiyalılarla avqustun 20-də qarşılaşacaq.

 

Reytinq cədvəlinin ilk 3 pilləsində dəyişiklik olmayıb. İspaniya 1460 xalla 1-ci, Almaniya 1340 xalla 2-ci, Portuqaliya 1245 xalla 3-cü yerdədir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR