Bakı – APA. FİFA milli komandaların yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, az öncə açıqlanan siyahıda planetin 209 yığması yer alıb. Son 4 həftədə baş tutan qarşılaşmaların nəticələrinin də öz əksini tapdığı siyahıda bir sıra dəyişikliklər olub.
Son 1 ayda heç bir rəsmi oyun keçirməyən Azərbaycan yığmasının hesabında 198 xal var. Ötən ayla müqayisədə 24 xal itirən millimiz mövqeyini itirib.
Ukraynanın “Şaxtyor” klubu ilə qeyri-rəsmi yoxlama matçı ilə kifayətlənən komandamız 8 pillə geriləyib. 131-ci pillədən 139-cu yerə yuvarlanan komandamız son 5 il 6 ayda ən zəif nəticəsinə imza atıb.
Əfqanıstan, Qazaxıstan, Qvineya-Bissau, Barbados, Yeni Zelandiya, Maldiv adaları, Sent-Lusiya, Aruba, Filippin, Vyetnam kimi ölkələrin komandaları da yığmamızı keçib. Daha böyük uğursuzluq yaşayan Fələstin və Livan isə bizdən öndəki mövqelərini əldən verib. Nəticədə 2 millini keçib, 10-dan geri düşən komandamız ümumilikdə 8 pillə itirib.
Millimiz və “qonşuları”
134 (138). Qvinye-Bissau – 211
134 (136). Yeni Zelandiya - 211
136 (129). Lüksemburq – 209
137 (144). Əfqanıstan – 203
138 (139). Qazaxıstan - 199
139 (131). AZƏRBAYCAN – 198
140 (126). Fələstin - 194
141 (137). Tacikistan – 192
142 (143). Tailand – 189
143 (145). Mərkəzi Afrika Respublikası – 178
144 (147). Türkmənistan - 175
İlk “onluğ”un tərkibində cüzi dəyişiklik olub. AVRO-2016-nın seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olan İtaliya yığması 2 pillə irəliləməklə 10-cu pilləyə yüksəlib. Onlar bu pillədən son 2 qitə çempionatının qalibi İspaniyanı sıxışdırıb.
İlk “onluq”
1 (1). Almaniya – 1770
2 (2). Argentina – 1577
3 (3). Kolumbiya – 1499
4 (4). Belçika – 1471
5 (5). Hollandiya - 1415
6 (6). Braziliya – 1348
7 (7). Portuqaliya - 1191
8 (8). Fransa – 1180
9 (9). Uruqvay – 1164
10 (12). İtaliya - 1146
Millimizin AVRO-2016-nın seçmə mərhələsindəki 5 rəqibimizdən ikisi – İtaliya ilə Malta irəliləyibsə, 2-si – Norveçlə Bolqarıstan geri düşüb. Yalnız Xorvatiya mövqeyini qoruyub.
AVRO-2016-nın seçmə mərhələsinin H qrupu
10 (12). İtaliya – 1146
19 (19). Xorvatiya – 963
70 (69). Norveç - 522
71 (70). Bolqarıstan - 501
145 (149). Malta – 169
Qeyd edək ki, qonşu Türkiyə yığmasının hesabında olan 594 xalla 4 pillə geriləyərək, 56-cı yerə enib.